Azerbaijan Digital Hub Proqramı
Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır.
"Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb.
"Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir.
"Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq.
Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək.
Proqram 3 mərhələdən ibarətdir:
Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur. Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way) formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur..